Tarixdə öz yerini alan 3 distopik roman

Salam, əziz oxucu. Bilyiniz kimi ütopiya gələcəyə optimist, pozitiv baxışdır, amma distopiya isə bunun tam əksi, yəni neqativ və pessimist baxışdır. İndi isə tarixdə öz yerini alan bəzi distopik romanlara göz ataq.

1) “Dəmir daban” (1907) – Jack London

  • 20-ci yüzilliyin birinci yarısında faşizmin yüksəlişi mövzusunda ürküdücü bir kəhanət söyləyən Cek London ilk siyasi romanı “Dəmir daban” ilə sönən kapitalizmin necə avtoritarlığa çevrildiyini və zəngin qrupların necə əsirlərə,  fəhlələrin necə qula çevrildiyini güclü şəkildə əks etdirdiyinə görə Corc Oruel və Lev Tolstoy kimi məşhur tənqidçilərin tərifini qazanmışdı. C.London həmin ərəfələrdə futuristik olan 1912-1932-ci illərdə “İkinci İnqilab” hekayəsi tərzində 26-cı yüzillikdə (dinc, sosialist bir cəmiyyətdə, ekonomik və sosial rifah içində yaşayan) süni bir obraz olan tarixçinin ağzından oxucuya çatdırır. Bu tarixçi inqilabın siyasi liderinin tərəfdarı olan Avis Everhard tərəfindən qələmə alınan əl yazmasını qaydaya salıb tənzimləyir. Bu əl yazma oliqarxların necə alt təbəqədən insanları məhv etdiyindən və gizli mənfəətçilər vasitəsilə cəmiyyətdən  demokratiyanı necə xaric etdiyindən, həmçinin inqilabın necə məğlub olduğundan bəhs edir. Bu distopik roman faşist rejim üçün demokratiyanın necə vacib olduğunu bildirməklə qalmır, həmçinin İkinci Dünya Müharibəsindən əvvəl baş verəcək intrikalar və hücumlar barədə düşündürür.

2) “Cəsur Yeni Dünya” (1932) – Aldous Huxley

  • Bu romanda hiss edən, düşünən və yaradıcı xüsusiyyətlərə sahib bir fərd olaraq primitiv mənəvi dəyərləri daşıyan Vəhşi Con və anası sözdə ütopiya olan həyata addım atdıqlarını düşünərkən yeni dünyanın gətirdiyi ölmə haqqının, eləcə də ağrıkəsici kimi görünən, əslində narkotik olan Somanın təhlükəli üzüylə qarşılaşırlar. Bu roman insanoğlunun hazıra nazir olmaq ehtirasının əvəzində nələri itirə biləcəyini göstərən bir tragediyadır.

3) “Damazlıq qızın hekayəsi” (1985) – Margaret Atwood

  • Bu hekayə gələcəkdə qadınların həyat yoldaşı, xidmətçi, daşıyıcı şəklində bir iyerarxiyada təsnifləndirildiyi teokratik bir Amerikanı göstərir. Hekayə həyatdakı tək məqsədi sosial iyerarxiyada daha yüksək təbəqədəki sonsuz qadınlara bətnində daşıdığı körpəni vermək olan xidmətçi qızın əl yazısı şəklində oxucuya təqdim edilir. Daha sonradan adı “Offred” kimi də dəyişdirilmişdi və bədəninin qabiliyyətinə görə müəyyənləşdirilmişdi. Artıq özündən iyrənən Offred teokratik rejimdən əvvəlki ailəsi, dostları və xatirələri ilə özünü ovudar. Bu hekayə həddindən artıq mühafizəkar idealogiyaların əllərində qadınların qarşılaşa biləcəyi dəhşəti göstərən güclü, feminist məzmunlu kitabdır. Onu da qeyd edim ki, bu kitabın serialı da var.

 

Xoş mütaliələr!

 

 

 

 

 

 

Tarixdə öz yerini alan 3 distopik roman’ için 3 yanıt

Add yours

Yorum bırakın

WordPress.com'da Blog Oluşturun.

Yukarı ↑